Füzilinin adsız yüksəkliyindən sənə yazıram.Sevgimiztək uca olan zirvədən yazıram,əllərim donub,soyuqdan özümü hiss etmirəm amma səni düşündükcə bədənimə sanki bir istilik gəlir.İsti nəfəsindən ötrü elə darıxmışamki.
Gülüm,yəqin indi yatmısan.Gecədir artıq amma mən söz verdiyim kimi səni,ailəmi,vətənimi qoruyuram.
Göylərə baxıb,ulduzlara bənzədiyini,buludtək kövrək üzünü,utancaq baxışlarını xatırlayıram.Gözlərimin içinə baxadan,başını əyərək,utanaraq sakitcə “səni sevirəm” dediyin günü düşünürəm.Bilsən o günü necə xöşbəxt idim.Səni bağrıma basmaq istəyirdim amma sən utandığından qaçıb getmişdin.
Əlinin soyuqlugunu duyanda isitdiyim o əllərdən ötrü elə darıxmışam.İndi sənə aid məktubda hər cümlə yazdıqca ... Ardını oxu