Bir payız gecəsi yağırdı yağış
Eyni gözlərimdən axan yaş kimi.
İstədim dayansın yağan bu yağış
Dahada gücləndi dahada əsdi. Küləklər elə bil səni aparır,
Əllərin əlimdən uzaqlaşırdı
İstədim küləyi tutub saxlayım
Eşqim məhəbbətim onunla getdi
O gecə əllərin əlimdən getdi,
Əlinin istisi əlimdə qaldi.
O gecə o siman gözümdən itdi
Qəlbinin sevgisi qəlbimdə qaldı.
O yağış qəlbimi parçalayırdı
Çarəsiz qəlbimi eşq dağlayırdı.
İnanmaq istəmir getmənə qəlbim
O yağan yağışlar göz yaşlarımdı.