Sən ol mənim ən müqəddəs günahım. Təki sənə inanım. Həyatı sevə bilim. Budur taleyimdən istəyim. Sən ol mənim acı həsrətim. Bilim sən mənimsən,yaşamağa ümidimsən. Xoşbəxt ümidləri gözündə qoymaram. Görüşünə günlərimi sayaram,ayrılığa od qoyaram. Demə ki, inanmıram. Sən ol mənim əlçatmaz bir arzum. Sənə çatmaq üçün yoxdur heç nədən qorxum. Təki sevgimə inan,gözlərində sevgimə sevinc tapım. Sənin üçün yaşayım. Sən ol mənim nağılım, yol göstərən ağılım. Xəyalına, sevginə dua edim. Sevgini qoruyuram özgə gözdən, bəladan. Təki bilim yolumu gözləyirsən. Aydınlıq üçün yoluma su səpirsən. Ömrümə açılan ilk səhərimsən... Sən niyə özgəsən? Sən ol mənim taleyim... sən ol... sən ol... |