Sevirəm kəlməsi əziz olsada Hər zaman sevməyi bacarmalıyıq Ürəklər nə qədər təmiz olsada Ömürlük bir sevgi axtarmalıyıq Nə qədər əl çatmaz olsan da yenə O, kövrək qəlbinə dəyə bilmədim Sevgilim! Həsrətlə baxsam da sənə Sevirəm sözünü deyə bilmədim Sevgimi etiraf etsəm də sənə Bil ki, günahkaram sənin yanında Nə qədər tənhayam desəndə mənə Bil ki, mən də varam sənin yanında |