Məhəbbət - xəzan deyil, ayaq altda əzəsən, Məhəbbət-torpaq deyil, üzərində gəzəsən, Məhəbbət-şərab deyil, içəsən acqarına, Məhəbbət-məktub deyil, oxuyasan-cırasan, Məhəbbət-şəkil deyil, baxıb ləzzət alasan, Məhəbbət-güzgü deyil, öz əksinə baxasan, Məhəbbət-üzük deyil, üzüyə bənzər yalnız, Sevən barmaqların yox, sevən qəlbin olacaq, Elə sev ki, bir daha barmağından çıxmasın, Elə sev ki, bir daha barmağını sıxmasın. |