Bu gün səni gördüm salam vermək istədim Üzünü yana tutdun söylə illərdən bəri Qəlbimizin bir vurub bir duyduğu illəri axı nə tez unutdun Beş ildə gözümüzdən axan o, qanlı sellər Bir salama dəymədi? Keçdin getdin yanımdan can ayrıldı canımdan Sən necə etinasız ötə bildin yanımdan Yoxsa sən öz əhdinə ilqarına ağ oldun Bu qədər yaxın ikən o, qədər uzaq oldun Ah çəkdim başım üstə yarpaqlar əsdi gülüm Sənin qəlbin əsmədi geriyə də, baxmadın Niyə sənin yolunu məhəbbətim kəsmədi? Əs ey külək, qop ey tufan xəzəl olum tökülüm Düz 5-il ürəyimdə bəslədiyim məhəbbət bir salama dəymədi? Sən mənə zülüm eylədin mənə zülüm yaraşır Bir salama dəyməyən eşqə ÖLÜM yaraşır |